21 avqust 2023 at 11:35
Jurnalist kodu: 5487
Xəbər kodu: 85205533
T T
0 Persons

Tags

Ermənistanla Azərbaycan arasındakı münaqişə Ümumdünya Qızıl Xaç Cəmiyyətinə çatdırıldı

Tehran - İRNA - Ermənistan və Azərbaycan Respublikası arasında gərginliyin davamında Ermənistan qarşı tərəfi sərhəd boyunca atəş açmaqda və Ermənistan vətəndaşlarından birinin cəsədinin Dağlıq Qarabağa keçirilməsinə mane olmaqda ittiham edib.

İRNA-nın məlumatına görə, iki qonşu ölkə olan Ermənistan və Azərbaycan Respublikası arasında gərginliyin davam etməsində Ermənistan qarşı tərəfi sərhəd boyunca atəş açmaqda və Ermənistan vətəndaşlarından birinin cəsədinin Dağlıq Qarabağa aparılmasına mane olmaqda ittiham edib.

“News Armenia” İnformasiya Agentliyinin məlumatına görə, Ermənistan Müdafiə Nazirliyi bazar günü iddia edib ki, şənbə gecəsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bölmələri Yuxarı Şorca yaxınlığındakı erməni bazalarını atəşə tutub. Ermənistan Müdafiə Nazirliyi bu qarşıdurma nəticəsində itkilər barədə məlumat verməyib.

İndiyədək bu iki qonşu arasında Dağlıq Qarabağ uğrunda iki müharibə olub və İkinci Qarabağ Müharibəsi 2020-ci ilin noyabrında Ermənistanın baş naziri, Azərbaycan Respublikasının prezidenti və Rusiya prezidenti arasında atəşkəs razılaşması ilə başa çatıb. Münaqişələrin bu raundunda Azərbaycan Respublikası bəzi əraziləri Ermənistanın işğalından azad etdi. Lakin sərhəddə qarşıdurmalar davam edir və hər iki tərəf bir-birini gərginlik yaratmaqda ittiham edir.

Digər tərəfdən, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bazar günü iddia edib ki, Azərbaycan Respublikası Ermənistanda yaşayan qızın meyitinin Dağlıq Qarabağ ərazisinin ermənilər yaşayan hissəsinə aparılmasına icazə vermir.

Bu xəbər mənbəyinə görə, Helen adlı şəxs Dağlıq Qarabağ sakini olub və Ermənistanda təhsil alırmış. O, 5 gün əvvəl avtomobil qəzasında dünyasını dəyişib. Azərbaycan Respublikası onun cənazəsini dəfn etmək üçün Qarabağa qaytarılmasına icazə vermir. Ermənistan XİN-in sözçüsü Beynəlxalq Qızıl Xaç Cəmiyyətini bu məsələnin araşdırılması barədə məlumatlandırıb. Azərbaycan Respublikası bu günə qədər bununla bağlı heç bir açıqlama verməyib.

Digər xəbərdə isə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddia edib ki, Ermənistan silahlı qüvvələri Təcili Tibbi Yardım maşınlarından istifadə etməklə Xankəndi yolunda döyüş mövqelərini gücləndirir.

Sizin rəyiniz

You are replying to: .